Türkiyə klubu millimizin üzvünü transfer etdi

Türkiyə klubu millimizin üzvünü transfer etdi
15:42 10 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Voleybol üzrə kişilərdən ibarət yığmamızın üzvü Vüqar Bayramov karyerasını yenidən Türkiyədə davam etdirəcək. Fanat.az хəbər verir ki, 23 yaşlı oyunçu "Palandöken Bələdiyyəspor"la anlaşıb.


Vüqar 2013/14 mövsümünün sonunda da bu komandada çıхış edib. O, yenidən Türkiyənin II liqasında çıхış edən Ərzrum klubunun düşərgəsinə üz tutub.


Qeyd edək ki, Vüqar Bayramov Azərbaycan millisinin üzvüdü. 195 sm boyu olan idmançı 2008-2010-cu illərdə "Azneft"in, 2010-2012-ci illərdə "Sərhədçi"nin formasını geyinib. 2012/12 mövsümündə İranın "Bir Gol İranian" klubunda forma geyinən oyunçu bu mövsümün əvvəlində Polşanın "Militsa" klubuna üz tutmuşdu.


Vüqar qadınlardan ibarət yığmamızın voleybolçusu Odina Bayramovanın həyat yoldaşıdı.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiy-klubu-millimizin-uzvunu-transfer-etdi-t46062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR