ABŞ-ın "Qızıl Qlobus-2016" mükafatları qaliblərə təqdim olunacaq

15:42 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, təqdimetmə mərasimi 2016-cı il yanvarın 10-da Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək.
"Qızıl Qlobus-2016"-nın bu dəfəki qaliblərini Hollivudun Əcnəbi Jurnalistlər Assosiasiyası seçəcək.
Təqdimatda 48 ölkədən 72 film iştirak edəcək. "Əcnəbi dildə ən yaxşı film" nominatsiyasında Rusiya kinematoqrafçılarının ekranlaşdırdığı "Qağayı" filmi nümayiş etdiriləcək.
Xatırladaq ki, 73-cü dəfə təqdim olunacaq "Qızıl Qlobus" mükafatı ilk dəfə 1943-cü ildə təsis edilib. 25 nominatsiyadan ibarət olan "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimini dünyanın 160 ölkəsindən 19,3 milyon insanın izləyəcəyi gözlənilir.  

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/abs-in-qizil-qlobus-2016-mukafatlari-qaliblere-teqdim-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR