"Taliban" aeroporta hücum etdi: 61 nəfər öldü

"Taliban" aeroporta hücum etdi: 61 nəfər öldü
15:44 10 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

 

Əfqanıstan Silahlı Qüvvələri 24 saatdan artıq davam edən qarşıdurmadan sonra  "Taliban" üzvlərini Qəndəhar aeroportundan çıxara bilib.

 

APA-nın “lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, aeroport uğrunda gedən döyüşdə 61 nəfər həlak olub.

 

Qeyd edək ki, əvvəlcə aeroporta hücum edərək orada möhkəmlənən 11 "talibançı", ardınca aeroportla eyni kompleksə aid olan məktəb və hərbi bazanı da nəzarəti ələ keçirib.

 

Aeroportun onlardan azad edilməsi üçün əməliyyata başlanıb.

 

Müdafiə Nazirliyi əməliyyat nəticəsində ölənlər arasında 38 mülki şəxsi, 10 əfqan əsgəri, 2 polis olduğunu açıqlayıb.

 

Hərbi bazanın heyəti zərər çəkməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR