Dieqo Kosta: "Həmişə "Atletiko"nu dəstəkləmişəm, dəstəkləməyə də davam edəcəm"

"Çelsi"nin hücumçusu Dieqo Kosta "Atletiko"ya qayıtmaq ehtimalını istisna etməyib.

İspan futbolçu son açıqlamasında bunları deyib:

"Gələcəkdə nələrin baş verəcəyini heç vaxt bilmək olmur. Filipe Luisi gördünüz.

Həyatda çoxlu əyriliklər və döngələr olur. "Atletiko"ya hər şeyin ən yaxşısını arzulayıram. Həmişə onları dəstəkləmişəm, dəstəkləməyə də davam edəcəm".

2010-2014-cü illər aralığında Madrid "Atletiko"sunun formasını geyən Dieqo Kosta 135 matçda meydana çıxıb və 64 dəfə rəqib qapılarına yol tapıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR