Cahangir Hacıyevin apellyasiya şikayəti təmin olunmadı

Cahangir Hacıyevin apellyasiya şikayəti təmin olunmadı
16:04 10 Dekabr 2015
10 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın  məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən onun şikayəti təmin olmayıb.

 

Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs edilib.

Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR