Taekvondo millimiz Dünya kubokunun qalibi oldu

Meksikanın Mexiko şəhərində milli komandalar arasında Dünya kuboku uğrunda yarış keçirilib.

Azərbaycan Taekvondo Federiyasının saytının verdiyi xəbərə görə, 8-9 dekabr tarixlərində Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda kişilərdən ibarət yığma komandamız möhtəşəm uğura imza atıb.

Yığma komandanın baş məşqçi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beiqi Harçəqanı Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib. Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib.

Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31-11) qrup mərhələsində yerlərini möhkəmlətmiş olublar. Qrup lideri kimi yarımfinala adlayan yığmamız Cənubi Koreyanı təmsilçiləri ilə görüşdə 48-30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib.

Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız inamlı qələbə qazanaraq (42-23) Dünya kubokuna sahib çıxıb. Cənubi Koreya və Rusiya komandaları isə bürünc medala layiq görülüblər.

Baş məşqçi Reza Mehmandosut yarışın ən yaxşı məşqçisi, Milad Beigi Hərçəqani isə ən yaxşı kişi taekvondoçu seçilib.

Azərbaycanın Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Meksikaya yollanan komanda dekabrın 14-də vətənə dönəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR