Rusiya Gürcüstanın hava məkanını pozdu

Rusiya Gürcüstanın hava məkanını pozdu
16:12 10 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan Müdafiə Nazirliyi ölkənin hava məkanının Rusiya hərbi helikopteri tərəfindən pozulması haqqında açıqlama yayıb.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Rusiya helikopteri işğal xəttini keçib və bir neçə dəqiqə sonra geri dönüb. Hadisənin konkret harada baş verdiyi haqda məlumat verilməyib.

Xatırladaq ki, Gürcüstanın işğal altındakı Cənubi Osetiya və Abxaziya bölgələrində Rusiya hərbi bazaları mövcuddur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR