"Mançester Yunayted" bilet qiymətlərini 25% azaltdı

"Mançester Yunayted"in direktorlar şurası UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk turu üçün nəzərdə tutulmuş biletlərin qiymətini 25% azaltmaq qərarına gəlib.

Metbuat.az "Squawka"ya istinadən xəbər verir ki, rəhbərlik, nüfuzuna görə Avropanın ikinci dərəcəli turnirinə marağın az olacağından ehtiyatlanaraq bu addıma əl atıb. Qeyd edək ki, pley-off mərhələsinin ilk turunun oyunlarını mövsümi abunələrin hamısı izləyə biləcəklər.

Xatırladaq ki, "Mançester Yunayted" qrup mərhələsinin sonuncu turunda "Volfsburq"a uduzaraq Çempionlar Liqası ilə vidalaşmışdı.

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk turunun oyunları 18 və 25 fevral tarixlərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR