Bakı. Elmir Murad – Trend:
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə daxil olan məlumata görə, dekabrın 15-də Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlı rayonunda Sabirabad, İmişli, Saatlı, Xocavənd və Beyləqan rayon sakinlərini qəbul edəcək.
Qəbul Saatlı şəhərindəki Gənclər Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bizi Twitter-dən izləyin: @trend_az