Xəzər dənizində baş vermiş faciə ilə əlaqədar Vaşinqtonda anım gecəsi keçirilib

Xəzər dənizində baş vermiş faciə ilə əlaqədar Vaşinqtonda anım gecəsi keçirilib
16:23 10 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 10 dekabr, AZƏRTAC
Dekabrın 4-də Xəzər dənizindəki “Günəşli” neft yatağının 10 nömrəli platformasında baş vermiş faciə ilə əlaqədar, dekabrın 9-da Vaşinqtonda, Amerika-Azərbaycan Ticarət Palatası yanında Azərbaycan Mədəniyyət Mərkəzində anım gecəsi keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov Vaşinqtonun Azərbaycanlılar İcmasının üzvləri qarşısında çıxış edərək bildirib ki, İcmanın bu yığıncağının əsas məqsədi - faciə qurbanlarını birlikdə yad etmək və həlak olmuş neftçilərin ailələrinə xaricdə yaşayan azərbaycanlılar adından başsağlığı verməkdir.
Sonra ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi Bəbir Məmmədli çıxış edib. O deyib ki, bu faciəli günlərdə Azərbaycan diasporu həlak olanların ailələri ilə bərabər kədər içindədir. B.Məmmədli vurğulayıb ki, azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq vətənimizin uğurlarına həmişə sevinir, Azərbaycanla bağlı faciəli hadisələri birlikdə yad edirlər. B.Məmmədli həlak olmuş neftçilərin ailələrinə ABŞ Azərbaycanlılar Şəbəkəsi və bütün Azərbaycan icması adından başsağlığı verib.
Sonra tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_denizinde_bas_vermis_facie_ile_elaqedar_Vasinqtonda_anim_gecesi_kechirilib-910026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR