Lənkəranda "Qırmızı kitab"a düşən quşları ovladığına görə iki nəfər saxlanılıb

16:27 10 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, onlar Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının rayonun Səpnəkəran və Nərimanabad qəsəbəsi ərazilərində çöl quşlarının qanunsuz ovlanmasına qarşı birgə keçirdikləri reyd zamanı tutulub. 
Saxlanılan şəxslərin ov etmək üçün lazımi icazələrinin olmadığı müəyyən edilib. 
Qadağan edilən yerlərdə ov etdikləri bildirilən şəxslərin əşyalarına və avtomobilin yük yerinə baxış zamanı 1 ədəd ov silahı, ov geyimləri, 42 ədəd güllə-patron, 1 ədəd sapoq, quş səsləri çıxaran manoq aləti, 4 ədəd adı "Qırmızı Kitab"a düşmüş meşə cüllütü, 9 ədəd çöl ördəyi, 11 ədəd quş ovu üçün istifadə edilən suvenirlər aşkar edilərək maddi sübut kimi götürülüb. 
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin kobud şəkildə pozulması ilə əlaqədar protokollar tərtib edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/lenkeranda-qirmizi-kitab-a-dusen-quslari-ovladigina-gore-iki-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR