Aygün Kazımova Yeni ili türkiyəli müğənni ilə keçirəcək

Aygün Kazımova Yeni ili türkiyəli müğənni ilə keçirəcək
16:37 10 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova 31 dekabr - Yeni il gecəsini türkiyəli müğənni Çelik ilə birlikdə qeyd edəcək.

Milli.Az xəbər verir ki, Bakının elit məkanlarından birində baş tutuan yeni il şousunda səhnəmizin divası həmin günə özəl olaraq hazırlaşdığını bildirib:

"Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. Yeni il gecəsi çıxacağım tədbirə xüsusi olaraq hazırlaşıram. Eksklüziv səhnə kostyumum hazırlanır. Həmin libasın üzərində bir neçə modelyer işləyir. Gecəyə uyğun olaraq xüsusi makiyaj olunacağam.

Bundan əlavə yeni mahnılarım var. Türkiyədə hazırlanıb. Hələ heç yerdə səslənməyib. Məhz sevənlərim həmin mahnılarımı yeni il gecəsi eksklüziv olaraq dinləyəcək. Məni sevənlər "bomba"lara hazır olsun".

Türkiyə mətbuatında Balkanların divası olaraq təqdim olunan Aygün Kazımova 31 dekabrı bir neçə məkanda olsa da, gecə 12 tamamı Çelik ilə eyni səhnədə bölüşəcəyini əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/389255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR