AİF-in daha 4 mln. manatlıq istiqrazları yerləşdirilib

17:12 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 4 mln. manat təşkil edib. Sifariş 101,2333% qiyməti ilə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, istiqraz vərəqələrinin ödəmə tarixi  2024-cü il noyabrın 21-dir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR