Koreya Respublikasının Prezidenti Pak Kin Hedən

17:13 10 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,
Dekabrın 4-də Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında baş vermiş qəza nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyir, tezliklə sağalmalarını arzu edirəm.
Bu kədərli günlərdə düşüncələrimiz və dualarımız, Zati-aliləri, Sizinlə və Azərbaycan xalqı ilə birlikdədir.
Hörmətlə,
Pak Kin He
Koreya Respublikasının Prezidenti

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR