Türkan Şoray: "Azərbaycanlı qadınlara.."

Türkan Şoray: "Azərbaycanlı qadınlara.."
17:16 10 Dekabr 2015
59 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda Türkiyənin məşhur aktrisası Türkan Şoraya mükafat verildi.

ANS PRESS-in məlumatına görə, Bakı Dövlət Universitetində tanınmış aktrisa Türkan Şorayla görüş keçirilib.

Tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Türkan Şorayı Unversitetdə görməkdən məmnunluğunu etiraf edib.

Rektor bildirib ki, əsli-kökü Azərbaycandan olan Türkan Şoray kino aləmində özünü təsdiqləmiş sənət adamlarındandır. Bir sözlə o, öz sənətinin sultanıdır.


Türkan Şoray BDU-də.

Rektor çıxışının sonunda aktrisaya “Universitetin ən böyük dostu” mükafatını və qızıl medalını, təqdim edib. Aktrisanın qızı, T.Şorayın rejissoru olduğu “Uzaqlarda arama” filmində Dəniz obrazını canlandıran Yağmur Ünala isə BDU-nun gümüş medalını hədiyyə edib.


Yağmur Ünal və Abel Məhərrəmov

Türkan Şoray çıxış edərək BDU-da olmaqdan böyük həyəcan və məmnunluğunu deyib:

"Universitetet kollektivi və tələbəblər mənə çox duyğulu anlar yaşatdı. Həyəcandan qəlbim, ürəyim titrədi. Etiraf edim ki, bu qarşılanma mənə sevinc göz yaşları yaşatdı".


BDU-nin tələbələri

Aktrisa onu da bildirib ki, "sizinlə bir arada olmaq, enerjinizi hiss etmək son dərəcə gözəl duyğudur". Azərbaycan xanımlarının gözəlliyindən danışan aktrisa

“Mən də sizə oxşayıram” deyərək auditoriyanın daha sürəkli alqışlarını qazanan Türkan Şoray universitet tələbələrinin suallarını cavablandırıb.


"Uzaqlarda arama" filminin anonsu

Ötən gün Türkan Şorayın Bakıda “Uzaqlarda arama” filminin premyerası baş tutub.

Həmçinin oxuyun: "Türk kinosunun sultanı"nın Bakı arzusu (VİDEO, FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR