Bakı Gəmiqayırma Zavodunda irihəcmli bərə gəmilərin istehsalı üçün danışıqlar aparılır

17:22 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

F.Quliyevin sözlərinə görə, hazırda QSC-nin istifadə etdiyi bərə gəmilər maksimum 52 vaqon tutur: "Bizim ən böyük yukdaşımalarımız Aktau və Türkmənbaşı limanları istiqamətindədir. Hazırda həmin istiqamətdə həftədə iki dəfə reys təşkil olunur. Aktau istiqamətində yüklərimiz orta hesabla 24-26 saata, Türkmənbaşıya isə 14-16 saata daşınır. Təbii ki, bu vaxta hava şəraiti də təsir edə bilir".
Gəmiçilik rəsmisi deyib ki, şirkət yükdaşımalar sahəsində bir sıra güzəştlər tətbiq edib: "2015-ci ilin əvvəlindən "TİR"-lərə 20% güzəşt tətbiq etdik. Dekabrın 1-dən isə yük maşınlarına Aktau istiqamətində 20%, Türkmənbaşı istiqamətində isə 10% güzəşt tətbiq etdik".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR