Azərbaycanda namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə cərimə artırılır

Azərbaycanda namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə cərimə artırılır
17:22 10 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə nəzərdə tutulan cərimənin məbləği 20 dəfədən çox artırılır.
“Report” xəbər verir ki, cərimənin artırılması yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.
Belə ki, dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə 1500 manatdan 2 000 manatadək miqdarda cərimə ediləcək.
Hazırda bu cərimənin məbləği səksən manatdan doxsan manatadək nəzərdə tutulub.
Yeni İXM qəbul olunarsa, bu tələblər 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR