“Gəzdim Azərbaycanı”: Azərbaycanın cənub qapısı Astaradan reportaj

“Gəzdim Azərbaycanı”: Azərbaycanın cənub qapısı Astaradan reportaj
17:23 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, A.Həsənova, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində növbəti videoreportaj Astara rayonuna həsr edilib.
Reportajda Azərbaycanın cənub qapısı adlandırılan Astaranın ölkəmizin səfalı məkanlarından olduğu vurğulanır. Bildirilir ki, sitrus bitkiləri ilə tanınan rayonun bağlarından yığılan meyvələr təkcə ölkəmizdə satılmır. Astara limonu, portağalı, kivisi, feyxoası və digər sitrus meyvələri bütün dünyada məşhurdur.
Diqqətə çatdırılır ki, dünyanın ən böyük təndirlərindən biri Astara şəhərində inşa olunub. Təndirin hündürlüyü 6,5 metr, diametri 12 metrdir. Bu unikal təndirin inşasında kərpic və daşdan deyil, əsasən yüngül metal konstruksiyalardan istifadə edilib. Onun içərisi isə əl işləri ilə qurulub.
Süjetdə bildirilir ki, əsası 1499-cu ildə qoyulmuş Məhəmməd Hənəfiyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilib. Həmin kənddə yerləşən XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Pensər kəndində Məşədi Abutalıb hamamı, “Ləm” yay istirahət düşərgəsi və digər tarixi abidələr barədə məlumat verilir.
Həmçinin reportajda Astaranın bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətli çayı ilə tanınmasından, ləziz yeməklərindən də söhbət açılır.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gezdim_Azerbaycani_Azerbaycanin_cenub_qapisi_Astaradan_reportaj-910045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR