Azərbaycanda balıqçılıqla məşğul olanlar üçün yeni cərimələr

17:23 10 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda balıqçılıq təsərrüfatı ilə məşğul olan şəxslər üçün yeni cərimələr müəyyənləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Yeni dəyişikliklərə əsasən, balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə fiziki şəxslər 1000, vəzifəli şəxslər 3000, hüquqi şəxslər isə 15 min manat miqdarında cərimə edilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR