Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

17:38 10 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Xəzər dənizinin “Günəşli” yatağındakı platformada qəza nəticəsində həyatlarını itirən insanların ailələrinə, Sizə, qardaş Azərbaycan xalqına və hökumətinə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.
Zati-aliləri, Sizə Allahdan möhkəm cansağlığı, ölkənizə və xalqınıza daimi sabitlik, əmin-amanlıq və xeyir-bərəkət arzu edirəm.
Əziz qardaşım, xahiş edirəm Sizə ən dərin ehtiramımı qəbul edəsiniz.
Hörmətlə,

Mahmud Abbas
Fələstin Dövlətinin Prezidenti,
Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Felestin_Dovletinin_Prezidenti_Felestin_Azadliq_Teskilati_Icraiyye_Komitesinin_sedri_Mahmud_Abbasdan-910057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR