Körpünün altında parklanma yeri ləğv edilib

Körpünün altında parklanma yeri ləğv edilib
17:41 10 Dekabr 2015
31 Şou
Ölkə mətbuatı
A- A+

Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində nəqliyyat vasitələrinin parklanma yeri kimi istifadə olunmasının qarşısı alınıb.

Axşam.az-ın məlumatına görə, parklanma yeri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ləğv edilib.
 
Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Avtomobil körpüsünün altındakı giriş hissələrə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq məqsədi ilə beton maneələr qoyulub. Bu istiqamətdə işlər parkinq üçün hesablanmayaraq inşa edilən bütün avtomobil tunellərinin üzərində, həmçinin yol ötürücülərinin (avtomobil körpüləri) alt hissəsində də davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR