Nazir müavini: Təlim-tərbiyə prosesi müasir tələblər səviyyəsində təşkil olunmalıdır

18:08 10 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində təşkili təmin olunmalıdır. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrində cəmiyyətdə gedən mövcud proseslər hər zaman nəzərə alınmalı, tələbələrin dərsdən yayınma hallarına qarşı müvafiq tədbirlər görülməli, təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində təşkili təmin olunmalıdır.

F.Qurbanov kolleclərin fəaliyyətindəki nöqsanları və keyfiyyət göstəricilərinin aşağı olmasını da xüsusi qeyd edib.

Kolleclərin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu nəzərə çatdıran F.Qurbanov tədris müəssisələrinin rəhbərlərinə imtahan sessiyasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR