Ucarda Ulu Öndərin vəfatının ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib

Ucarda Ulu Öndərin vəfatının ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib
18:08 10 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Ucar, 10 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli dövlət və siyasi xadim kimi qalıb. Bu dahi insan Azərbaycana rəhbərlik etdiyi illərdə daxili və xarici siyasəti ilə ölkənin hərtərəfli inkişafına nail olub, respublikanın beynəlxalq nüfuzunu artırıb, müstəqilliyini əbədi və dönməz edib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 10-da Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin vəfatının ildönümünə həsr olunan elmi-praktik konfransda ətraflı bəhs olunub.
Konfransda 2 saylı tam orta məktəbin tarix müəllimi Rəna Hüseynova “Heydər Əliyev - müstəqil Azərbaycanımızın dövlətçilik tarixini yaradan dahi şəxsiyyət”, Şahlıq kənd tam orta məktəbin tarix müəllimi Elvin Abdulov “Heydər Əliyevin Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü haqqında”, Bərgüşad kənd 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi İlahə Süleymanova “Heydər Əliyev və qadın siyasəti”, Alpı kənd tam orta məktəbin direktoru Rauf Məmmədov “Heydər Əliyev siyasəti uğurla davam edir” mövzularında çıxış ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin güclü, səriştəli və təcrübəli, müdrik dövlət xadimi kimi qısa müddətdə xarici siyasət sahəsində böyük dönüş yaratdığını, ölkəni nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi bu dahi insanın qətiyyətli mövqeyi, uzaqgörənliyi sayəsində reallığa çevrilib.
Konfransda, habelə Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyətindən, Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrilməsindən söhbət açılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ucarda_Ulu_Onderin_vefatinin_ildonumune_hesr_olunan_elmi_praktik_konfrans_kechirilib-910076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR