Almaniyalı ulduz bu səbəbdən "Barselona"ya "yox" deyib

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu son seçkilər zamanı, namizədliyi təsdiqləndikdən sonra Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysu transfer etmək istəyirmiş.

Metbuat.az "Sport" nəşrinə istinadən xəbər verir ki, Bartomeu hətta Roys və meneceri ilə də görüşüb. Ancaq alman futbolçu təklifə "yox" deyib. Məlumata görə, Roys, "Barselona"da oynayacaq qədər güclü futbolçu olmadığını səbəb kimi göstərib. Bartomeu ulduz oyunçunun cavabını təəccüblə qarşılayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR