Bakı. Trend:
Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var. Bakıda keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsində gümüş medal qazanan Nataliya Sinişin 4 pillə irəliləyərək reytinqdə 7-ci sırada qərarlaşıb.
60 kq-da mübarizə aparan İrina Netreba bir pillə irəliləyərək 4-cü sıraya yüksəlib.
Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub.
Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer) və Nadya Muşka (63 kq, 14-cü yer) olub.
Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç isə 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.
48 kq
2. Mariya Stadnik - dünya çempionatı 2-ci yer (2)
53 kq
6. Anjela Doroqan - dünya çempionatı 5-ci yer (6)
55 kq
7. Nataliya Sinişin - Qızıl Qran-Pri 2-ci yer (11)
12. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (15)
58 kq
6. Yuliya Ratkeviç - dünya çempionatı 3-cü yer (4)
60 kq
4. İrina Netreba - Polşa turniri 3-cü yer (5)
63 kq
14. Nadya Muşka - Polşa turniri 2-ci yer (14)
18. Elmira Qəmbərova - U-23 AÇ 3-cü yer (nr)
19. Raqnetta Qurbanzadə - AÇ gənclər 3-cü yer (nr)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Bizi Twitter-dən izləyin: @trend_az