"Həyata baxışlarım dəyişdi"

"Həyata baxışlarım dəyişdi"
18:17 10 Dekabr 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

Aparıcı Xədicə Sənanqızı geyim tərzindən danışıb. 

Axşam.az-ın məlumatına görə, aparıcı "Yeri gəlmişkən" verilişində dəbi izləmədiyini bildirib:

"Dəbin arxasınca qaçan olmamışam. Yeniyetmə çağlarımda bütün günü moda jurnallarını izləyirdim, özümə libaslar tikirdim. Sonradan həyata baxışlarım dəyişdi. İndi daha klassik, sadə geyinirəm. Öz zövqümə görə düzgün geyinirəm. Mən qaraşın xanımam.

Uşaqlıqdan anam mənə boz, qara, ağ rəngli libaslar geyindirirdi. Deyirdi, "Qarasan, al-əlvan sənə yaraşmaz". Bu da mənim beynimdə qalmışdı. İndi-indi bir az rəngli paltarlar seçirəm. Alış-veriş xəstəsi deyiləm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR