​Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri Britaniyadan sığınacaq istəyib

​Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri Britaniyadan sığınacaq istəyib
18:17 10 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin qeyri-döyüş şəraitində ölən əsgərlərinin valideynləri Britaniyadan sığınacaq istəyib.
"Report" xəbə verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, həmin əsgərlərin valideynlərini polis ikinci həftədir Ermənistan prezidentinin iqamətgahı qarşısına yaxınlaşmasına icazə vermir.
Xəbərdə bildirlib ki, onlar prezident iqamətgahının yaxınlığında hər gün piket keçirirlər.
Valideynlər Britaniyanın səfirliyinə gediblər. Onları səfirin müavini Emays Morz qarşılayıb. Əsgər anaları Britaniyadan sığınacaq istədiklərini bildiriblər. Morz onlardan yazılı şəkildə müraciət etmələrini istəyib. Diplomat müraciətlərinin cavabsız qalmayacağını boyun olub.
İnformasiyaya əsasən, valideynlər eyni müraciətlə Avropa İttifaqının Yerevandakı ofisinə də müraciət ediblər.
Məlumatda qeyd olunub ki, əsgər anaları ölkədəki başqa dövlətlərin səfirliklərinə də eyni müraciəti edəcəklərini bildiriblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/qeyri-doyus-seraitinde-olen-esgerlerin-valideynleri-britaniyadan-siginacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR