“Azəriqaz” noyabrda əhali sektoru üzrə 14,5 min yeni abonent qeydiyyata alıb

“Azəriqaz” noyabrda əhali sektoru üzrə 14,5 min yeni abonent qeydiyyata alıb
18:33 10 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Noyabrda “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 14 min 547 yeni abonent qeydiyyata alınıb. Bunun 3 min 371-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 11 min 176-sı isə regionların payına düşüb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumiyyətlə bu ilin yanvar-noyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 82 min 658 təşkil edib. Bu göstəricinin də 28 min 275-i Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 54 min 383-ü isə regionlar üzrə olub.
Noyabrda əhali sektoru üzrə 280 milyon 413 min 543 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 93,2 faiz təşkil edib. Dekabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 125 min 594 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub.
Bundan əlavə, 337 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azeriqaz_noyabrda_ehali_sektoru_uzre_145_min_yeni_abonent_qeydiyyata_alib-910092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR