Lənkəranda qanunsuz quş ovu ilə məşğul olan şəxslər saxlanılıb

Lənkəranda qanunsuz quş ovu ilə məşğul olan şəxslər saxlanılıb
18:33 10 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 10 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı rayon ərazisində qanunsuz quş ovu ilə məşğul olan şəxslər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran rayon sakinləri Vüqar Kərimov və Ramin Nəbiyev saxlanılan zaman onların üzərindən ov silahları, eləcə də 15 ədəd müxtəlif növ quş aşkar edilərək götürülüb. Həmin quşlardan 4-nün adı “Qırmızı kitab”a düşən quşlar sırasına aiddir.
Müsadirə edilən quşlar arasında yaşılbaş ördək, çöl ördəyi, qaşqaldaq və digər çöl quşları ilə yanaşı, nadir hesab edilən meşə cüllütü də olub.
Saxlanılan hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_qanunsuz_qus_ovu_ile_mesgul_olan_sexsler_saxlanilib-910094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR