“Facebook at Work” korporativ sosial şəbəkəsi yaxın aylarda istifadəyə veriləcək

“Facebook at Work” korporativ sosial şəbəkəsi yaxın aylarda istifadəyə veriləcək
18:38 10 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
“Röyters” agentliyinin yaydığı məlumata əsasən, “Facebook” yaxın aylarda şirkətlərin əməkdaşlarının biznes məsələləri üzrə ünsiyyəti üçün yeni veb layihə - “Facebook at Work” korporativ sosial şəbəkəsini istifadəyə verəcək.
Yeni xidmət vasitəsilə müxtəlif şirkətlərin əməkdaşları ünsiyyət saxlamaq, sənədlərlə mübadilə etmək, həmçinin işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Bu xidmətin sınaqlarına cari ilin yanvar ayından başlanılıb.
Yeni layihənin dizaynı - xəbər lenti, dialoqlar və “layk”lar “Facebook”u xatırladacaq. Həmçinin, şirkət hər bir istifadəçidən sosial şəbəkənin əlavə imkanlarına giriş üçün aylıq ödəniş nəzərdə tutub.
Qeyd edək ki, “Facebook” sosial şəbəkəsinin aylıq auditoriyası 1,19 milyard nəfərdən ibarətdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Facebook_at_Work_korporativ_sosial_sebekesi_yaxin_aylarda_istifadeye_verilecek-910097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR