“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib
18:43 10 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançada 2681 nömrəli quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kompleks qazma işləri tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib və 1346-1340 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neft_Daslari_yataginda_yeni_quyu_istismara_verilib-910102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR