Azərbaycan iritonnajlı bərələr tikəcək

Azərbaycan iritonnajlı bərələr tikəcək
18:47 10 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı Gəmiqayırma Zavodu ilə iritonnajlı bərələrin tikintisi üzrə danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu QSC-nin sədr müavini Fərhad Quliyev İxracatçılar Klubunun ikinci iclasında deyib.

Onun sözlərinə görə, hazırda istifadə edilən bərələr təqribən 50 vaqon tutumludur.

Bununla belə, bu il bərələrdə təqribən 70 min vaqon göndərilib.

F.Quliyev qeyd edib ki, Xəzər Gəmiçiliyinin həyata keçirdiyi ən iri yük daşımaları Türkmənbaşı və Aktau limanlarına istiqamətlənir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR