Erməni əsgərlərin valideynləri Britaniyadan sığınacaq istəyib

Erməni əsgərlərin valideynləri Britaniyadan sığınacaq istəyib
18:52 10 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan Silahlı Qüvvələrinin qeyri-döyüş şəraitində ölən əsgərlərinin valideynləri Britaniyadan sığınacaq istəyib. Milli.Az report-a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, həmin əsgərlərin valideynlərini polis ikinci həftədir Ermənistan prezidentinin iqamətgahı qarşısına yaxınlaşmasına icazə vermir.

Xəbərdə bildirilib ki, onlar prezident iqamətgahının yaxınlığında hər gün piket keçirirlər.

Valideynlər Britaniya səfirliyinə gediblər. Onları səfirin müavini Emays Morz qarşılayıb. Əsgər anaları Britaniyadan sığınacaq istədiklərini bildiriblər. Morz onlardan yazılı şəkildə müraciət etmələrini istəyib. Diplomat müraciətlərinin cavabsız qalmayacağına boyun olub.

İnformasiyaya əsasən, valideynlər eyni müraciətlə Avropa İttifaqının Yerevandakı ofisinə də müraciət ediblər.

Məlumatda qeyd olunub ki, əsgər anaları ölkədəki başqa dövlətlərin səfirliklərinə də eyni müraciəti edəcəklərini bildiriblər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR