Bakıda daha bir parklanma yeri ləğv edilib - FOTO

Bakıda daha bir parklanma yeri ləğv edilib - FOTO
18:57 10 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində nəqliyyat vasitələrinin parklanma yeri kimi istifadə olunmasının qarşısı alınıb.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, parklanma yeri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaratdığı üçün ləğv edilib.

Artıq ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Avtomobil körpüsünün altındakı giriş hissələrə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq məqsədilə beton maneələr qoyulub.

Bu istiqamətdə işlər parkinq üçün hesablanmayaraq inşa edilən bütün avtomobil tunellərinin üzərində, həmçinin yol ötürücülərinin (avtomobil körpüləri) alt hissəsində də davam etdiriləcək.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidləri, tunellər, habelə estakadalar, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır.

Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərinin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsilə bağlı "Azəryolservis" tərəfindən aidiyyəti üzrə müraciət olunub.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR