"Aİ və Türkiyə arasında viza rejiminin ləğvi ehtimalı azdır"

"Aİ və Türkiyə arasında viza rejiminin ləğvi ehtimalı azdır"
18:58 10 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

2016-cı ildə Avropa İttifaqı (Aİ) və Türkiyə arasında viza rejiminin ləğvi ehtimalı azdır. Bunu Trend-ə Şimali Kiprin sabiq Baş naziri Hakkı Atun deyib.

Onun sözlərinə görə, Aİ Türkiyədən viza rejiminin ləğvi üçün 72 bəndi yerinə yetirməyi tələb edir: "Bu da ondan xəbər verir ki, Aİ Ankaraya qarşı qeyri-səmimi siyasət yürüdür".

H.Atun əlavə edib ki, Aİ-nin Türkiyəni qəbul etməkdən imtinasının əsas səbəbi Şimali Kipr məsələsidir: "Bu məsələ Aİ və Türkiyə nümayəndələrinin, demək olar, bütün görüşlərində müzakirə olunur".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR