Xəzər Dəniz Gəmiçiliyi iri həcmli bərə gəmilərinin inşası üçün danışıqlar aparır

Xəzər Dəniz Gəmiçiliyi iri həcmli bərə gəmilərinin inşası üçün danışıqlar aparır
19:03 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iri həcmli bərə gəmilərinin inşası üçün danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev deyib.
Onun sözlərinə görə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Bakı Gəmiqayırma Zavodu ilə daha irihəcmli bərə gəmilərinin hazırlanması barədə danışıqlar aparır. Hazırda istifadə olunan bərə gəmiləri maksimum 52 vaqon tutur.
Bərə gəmilərinin illik orta hesabla 95 min vaqon yaxud 5 milyon ton yük daşıma gücünə malik olduğunu bildirən sədr müavini Xəzər dənizində daşımaların əsasən iki istiqamətdə aparıldığını qeyd edib: “Daşımalar əsasən Bakı-Aktau və Bakı-Türkmənbaşı istiqamətlərində həyata keçirilir. Bakı-Aktau istiqamətində daşımalar orta hesabla 24-26 saat, Bakı-Türkmənbaşı istiqamətində isə - 14-16 saat ərzində həyata keçirilir. Bu daşımalar hava şəraitindən asılı olaraq aparılır”, – deyə F.Quliyev vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_Deniz_Gemichiliyi_iri_hecmli_bere_gemilerinin_insasi_uchun_danisiqlar_aparir-910113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR