Dövlət və hüquq-mühafizə orqanlarının vakant vəzifələrinə, eləcə də hakimlik, vəkillik üzrə edilən müsabiqələrə hazırlaşan vətəndaşlara kömək məqsədilə yeni kitab işıq üzü görüb.
Lent.az-ın xəbərinə görə, "Dövlət və hüquq-mühafizə orqanlarına müsabiqə yolu ilə qəbul: Test imtahan proqramları və sınaq test tapşırıqları" adlanan yeni nəşrdə Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət orqanlarında yaranan vakant vəzifələrlə bağlı elan edilən müsabiqələrin test imtahanları ilə yanaşı, hakimlik, vəkillik, ədliyyə, prokurorluq, miqrasiya, vergi, daxili işlər orqanları üzrə də elan edilən müsabiqələrin test imtahanları proqramları verilib və hər bir istiqamət üzrə fərdi qaydada sınaq test tapşırıqları da təqdim edilib.
Respublikamızda ilk dəfə olaraq bu tipli kitabın hazırlanması geniş oxucu auditoriyasını əhatə etməklə yanaşı, müsabiqəyə hazırlaşanlara əvəzsiz kömək edəcək.