Sahibkarların maarifləndirilməsi davam etdirilir

Sahibkarların maarifləndirilməsi davam etdirilir
19:13 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 10-da İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə isə Qazaxda sahibkarlar üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “Üzümçülüyün inkişaf perspektivləri” mövzularında treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlərdə biznes ideyanın formalaşdırılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan əlavə, treninqlərdə iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR