Azərbaycan parlamentinin nümayəndə heyəti Aşqabadda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan parlamentinin nümayəndə heyəti Aşqabadda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
19:18 10 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 11-də bu ölkəyə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda keçiriləcək tədbirdə Rusiya, Çin, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxıstan, Pakistan və digər ölkələrin nümayəndə heyətləri iştirak edəcəklər.
Konfransda əmin-amanlıq və inkişaf naminə beynəlxalq əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunacaq, mövzu ilə əlaqədar tədbir iştirakçılarının çıxışları dinləniləcək.
Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də gözlənilir.
Aşqabadda keçiriləcək tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.
Səfər dekabrın 12-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_parlamentinin_numayende_heyeti_Asqabadda_kechirilecek_beynelxalq_konfransda_istirak_edecek-910122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR