Keçmiş prezident xəstəxanaya yerləşdirildi

Keçmiş prezident xəstəxanaya yerləşdirildi
19:42 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın keçmiş prezidenti Jak Şirak tibbi baxış üçün xəstəxanaya aparılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, 83 yaşlı siyasətçinin qızı Klod Şirak atasının sağlamlığı üçün heç bir təhlükənin olmadığını bildirib: "Atam, sadəcə, son günlərdə özündə zəiflik hiss etdiyindən tam tibbi müayinədən keçmək üçün xəstəxanaya yatırılıb. O, bir neçə gün xəstəxanada qalacaq".

Xatırladaq ki, Jak Şirak 1995-ci ildən 2007-ci ilə qədər Fransanın 22-ci prezidenti olub. Şirak hakimiyyətdə olduğu dövrdə prezident səlahiyyətinin müddəti 7 ildən 5 ilə endirilib.

Ümumilikdə, Şirak Yelisey sarayında 12 il keçirib, bununla da o, 14 il prezident olan Fransua Mitterandan sonra uzun müddət prezident olan ikinci şəxsdir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR