Mingəçevirdə və Qazaxda sahibkarlar üçün treninqlər

Mingəçevirdə və Qazaxda sahibkarlar üçün treninqlər
19:53 10 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Mingəçevirdə və Qazaxda sahibkarlar üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Üzümçülüyün inkişaf perspektivləri" mövzularında treninqlər keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqlərdə biznes ideyanın formalaşdırılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Bundan əlavə, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib. Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR