Ombudsmanın nümayəndələri hauptvaxtda saxlanılanlarla görüşüblər

20:13 10 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Bakı Hərbi Qarnizonu üzrə Hərbi polisinin Biləcəridəki hauptvaxtına uzunmüddətli başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müvafiq sənədləşmə, o cümlədən saxlanılma şəraitinin araşdırılması məqsədilə hauptvaxtın bütün obyektlərinə, kameralara, inzibati otaqlara, yeməkxanaya, hamama baxış keçirib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti ilə bağlı mövcud vəziyyət yoxlanılıb.

MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib, hauptvaxtda saxlanılan hərbi qulluqçular üçün lazımi şərait yaradıldığı müşahidə edilib.

MPQ-nin üzvləri tərəfindən hauptvaxtda saxlanılan hərbi qulluqçular fərdi qəbul olunub, buradakı saxlanılma şəraitindən və müəssisə əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər. Onlara ünvanlanan hüquqi maarifləndimə işi aparılıb, ombudsmanın səlahiyyətləri izah olunub.

Başçəkmənin sonunda müəssisə rəhbərliyinə müvafiq milli və beynəlxalq qanunvericiliyə, o cümlədən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa uyğun şəkildə müvafiq tövsiyələr verilib, o cümlədən xidmət əməkdaşlarına da ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR