Benzema Fransa millisinin heyətindən çıxarıldı

Kərim Benzema komanda yoldaşı Matye Valbuenanın şantaj məsələsiylə əlaqədar olaraq Fransa millisinin heyətindən çıxarılıb.

Mətbuat konfransı keçirən Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre bu barədə məlumat verib:

"Benzema milliyə çağırılmayacaq. Onun adı Avro-2016-nın iştirak ərizəsində də olmayacaq. Vəziyyət dəyişməyəcəyi müddətdə bu, belə də qalacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR