Ukrayna estradasının ulduzu İrina Bilık oğluna Təbriz adı qoyub

Ukrayna estradasının ulduzu İrina Bilık oğluna Təbriz adı qoyub
20:33 10 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 10 dekabr, AZƏRTAC
Ukrayna ulduzu İrina Bilıkın ikinci övladı dünyaya gəlib. Uşağı müğənni üçün bətnində surroqat ana gəzdirib. Uşağın atası isə stilist və rejissor Aslan Əhmədovdur. O, Lyudmila Qurçenkonun yaxın dostu olub.
AZƏRTAC “Seqodnya.ua” internet portalına istinadla xəbər verir ki, artist oğlu üçün Təbriz adı seçib. Müğənninin PR direktoru Vlad Qromov bildirib ki, adı seçərkən atasının əslən Azərbaycandan olduğu nəzərə alınıb. Doğuş Avropanın özəl klinikalardan birində olub. Özünü yaxşı hiss edən körpənin çəkisi 3,5 kiloqram, boyu 50 santimetrdir.
V.Qromov deyib: “İrina uzun müddət idi ki, ikinci uşaq haqqında fikirləşirdi. O, özü doğmağı planlaşdırırdı. Lakin həkimlərin tövsiyələrinə və özünün səhhətinə görə müğənni surroqat ana xidmətinə müraciət edib. Hazırda o, çox xoşbəxtdir. Müğənni oğlu ilə birlikdə evə yollanıb”.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR