“Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” monoqrafiyası çapdan çıxıb

“Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” monoqrafiyası çapdan çıxıb
20:43 10 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun elmi şurasının qərarı ilə Əməkdar İqtisadçı, professor Tofiq Hüseynovun “Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada iqtisadi nəzəriyyənin və praktikanın tələbləri baxımından vahid iqtisadi siyasət çərçivəsində ölkənin hazırkı milli iqtisadi inkişaf modeli təhlil edilir. Əsərdə neft-qaz hasilatının sabitlik dövrü üçün iqtisadi inkişaf modelinin əsaslandırılan konsepsiyası, məqsədi, davamlı və tarazlı iqtisadi inkişafın istiqamətləri əksini tapıb.
Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov, rəyçiləri professorlar Müşfiq Atakişiyev və İrşad Kərimlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR