Ümummilli Liderin xatirəsi yad edilib

Ümummilli Liderin xatirəsi yad edilib
20:53 10 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar “dəyirmi masa” keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin “Heydər Əliyev və Azərbaycan elmi”, akademik Vasim Məmmədəliyevin “Heydər Əliyevin şah əsəri - müstəqil Azərbaycan”, Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Əbədiyaşar lider”, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovun “Uzaqgörən siyasətçi Heydər Əliyev” və filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovanın “Davamlı inkişaf və Azərbaycan dövlətçilik modeli” mövzularında məruzələr dinlənilib.
Sonda “Heydər Əliyev yaşayır” filmi nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_Liderin_xatiresi_yad_edilib-910177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR