Antitürk köynəyi buraxmaq istədi, bu duruma düşdü

Antitürk köynəyi buraxmaq istədi, bu duruma düşdü
21:12 10 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada dövlət mediasının qızışdırdığı antitürk əhval-ruhiyyəsi davam etməkdədir. Türkiyənin Moskvadakı səfirliyi qarşısında nümayişlər keçirilir, səfirliyin binası yumurta və daş atəşinə tutulur.

Ruslar Su-24 bombardmançı təyyarəsinin türk qırıcıları tərəfindən vurulmasına çox qəzəbləniblər. Bir dizayner isə antitürk "futbolka"ları satmaqla yaxşı pul qazana biləcəyini düşünürmüş.
Milli.Az azadliq.org-a istinadən bildirir ki, amma işi çətinə düşüb.

Dizayner Yekaterina Dobryakova jurnalistlərə deyib ki, maykaların istehsalı Türkiyədə toxunmuş parçanı daşıyan yük maşınlarının sərhəddə dayandırılması səbəbindən dayanıb.

Onun sözlərinə görə, əgər o maşınlar nəhayət ki, Rusiyaya gəlib çıxsa üzərində antitürk yazıları olan maykaları buraxmaq mümkün olacaq.

Parça yüklü maşınların sərhəddə saxlanmasının Kremlin Ankaraya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalarla bağlı olub-olmaması aydın deyil.
Dobryakovanın dilemması Putini tənqid edənlər arasında gülüşə səbəb olub. Bir çox tənqidçilər iddia edirlər ki, Putinin məqsədi Rusiyanı xarici düşmənlərin hücumu qarşısında qalmış kimi göstərməklə elektoratın diqqətini hökumətin nöqsanlarından yayındırmaqdır. Müxalifət lideri Aleksei Navalny deyib ki, Dobryakovanın başına gələnlər "hər şeyi, son 16 il ərzində qurulmuş iqtisadiyyatın da, xarici siyasətin də real durumunu açıb-göstərmiş oldu"

Dobryakovanın dizayn etdiyi başqa bir maykanın üstündə ABŞ prezidenti Barack Obamanın şəkli və belə bir yazı var: "Prezident olmaq istəyirsən? Onda qaral."
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR