Fələstin, Ukrayna və Koreya prezidentlərindən Azərbaycana başsağlığı

Fələstin, Ukrayna və Koreya prezidentlərindən Azərbaycana başsağlığı
21:18 10 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Xəzər dənizinin “Günəşli” yatağındakı platformada qəza nəticəsində həyatlarını itirən insanların ailələrinə, Sizə, qardaş Azərbaycan xalqına və hökumətinə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.

Zati-aliləri, Sizə Allahdan möhkəm cansağlığı, ölkənizə və xalqınıza daimi sabitlik, əmin-amanlıq və xeyir-bərəkət arzu edirəm.

Əziz qardaşım, xahiş edirəm Sizə ən dərin ehtiramımı qəbul edəsiniz".

X X X

Ukrayna Prezidenti Pyotr Poroşenkodan: "Günəşli" yatağındakı neft platformasında baş vermiş yanğın nəticəsində insanların həlak olması barədə xəbəri böyük kədər hissi ilə qarşıladım.

Həlak olan insanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Bu kədərli günlərdə dost Azərbaycan xalqının ağrısına şərikik".

X X X

Koreya Respublikasının Prezidenti Pak Kin Hedən: "Dekabrın 4-də Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında baş vermiş qəza nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyir, tezliklə sağalmalarını arzu edirəm.

Bu kədərli günlərdə düşüncələrimiz və dualarımız, Zati-aliləri, Sizinlə və Azərbaycan xalqı ilə birlikdədir".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2468137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR