Azərbaycan güləşçisi Rusiya Kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycan güləşçisi Rusiya Kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq
21:18 10 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC 
Qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışlarında Azərbaycan təmsilçisi Leyla Qurbanova bürünc medal uğrunda görüşə çıxacaq.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 53 kiloqram çəki dərəcəsində yarışan L.Qurbanova səkkizdəbir və dörddəbir final görüşlərində inamlı qələbələr qazansa da, yarımfinalda Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa 2:3 hesabı ilə məğlub olub.
Açıq Rusiya Kuboku yarışlarında medallar uğrunda qarşılaşmalar dekabrın 11-də keçiriləcək.
Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirak etdikləri beynəlxalq turnirin ümumi mükafat fondu 120 min ABŞ dollarıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_guleschisi_Rusiya_Kuboku_yarislarinda_burunc_medal_ugrunda_mubarize_aparacaq-910185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR