Ümidsizlik nə vaxt bəyənilir?

Ümidsizlik nə vaxt bəyənilir?
21:22 10 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Sadiq (ə) buyurur: "Peyğəmbərin (s) səhabələrindən birinin vəziyyəti ağır olur və həyat yoldaşı ona deyir: "Əgər mümkündürsə Peyğəmbərin (s) yanına gedin və müşkülünüzün aradan getməsini ondan istəyin". Həmin kişi Peyğəmbərin (s) yanına gəlir və yanında qərar tutur. O zaman ki, Peyğəmbər (s) ona nəzər salır, buyurur: "Hər kim bizdən bir şey istəsə, ona verərik. Hər kim bir şey istəməzsə, Allah onu ehtiyacsız edər". Həmin kişi deyir: "Peyğəmbər (s) bu sözləri ilə məni nəzərdə tutmuşdur". Ona görə də Həzrətin (s) xidmətindən xaric olur. Gəlir və olanları həyat yoldaşına danışır. Həyat yolaşı deyir: "Allahın Rəsulu (s) da bir bəşərdir. Siz gedin və hacətinizi deyin". O, yenə Peyğəmbərin (s) yanına gəlir və Həzrət (s) yenə həmin sözləri təkrar edir. O da bir şey demir və bayıra çıxır. Bu məsələ üç dəfə təkrar olur. Bundan sonra o, gedir və bir balta kirayə edir və dağlara tərəf yollanır. Bir qədər odun toplayır və onu Mədinəyə gətirir. Satır və bir qədər buğda alır və evinə aparır. Həyat yoldaşı ilə onu yeyirlər. Sonrakı gün də həmin işi görür. Odun gətirir və onu satır. Bu işi o zamana qədər davam edir ki, bir balta satın alır. Sonra pulunu yığır və bir dəvə və bir qul alır. Peyğəmbərin (s) yanına gəlir və başına gələnləri danışır. Peyğəmbər (s) buyurur: "Mən sizə dedim: Hər kim bizdən istəsə ona verərik, hər kim istəməsə, Allah ona verər"". 
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər siz layiqli şəkildə Allaha təvəkkül etsəniz, ruziniz quşlarınkı kimi olar. Necə ki, səhər acqarına yuvalarından çıxarlar və axşamı toxqarına geri qayıdarlar".
Həzrət başqa yerdə buyurur: "Hər kim başqasından ümidini kəsər və Allaha diqqət edər - Allah bütün xərclərini təmin edər. Hər kim bu əməlin əksini edər, xəlqinə diqqət edər - Allah onu dünyaya tapşırar. Hər kim ruzisinin güman etmədiyi yerdən çatmasını istəyirsə, gərək Allaha təvəkkül etsin. Allah Davuda (ə) vəhy göndərir ki, elə bir bəndə yoxdur ki, xəlqimdən ümidini kəssin və Mənə diqqət etsin, məgər o halda ki, ruzisini çatdıraram".
Allahdan qeyrisindən ümidsiz olmaq.
İmam Sadiq (ə) buyurur: "Bəzi kitablarda oxumuşam ki, Allah buyurur: "İzzətimə, Cəlalıma, ərşimin ucalığına and içirəm ki, Özümdən qeyrisini arzu edənlərin arzusunu ümidsizliklə qət edərəm. İnsanların arasında xarlıq libasını onun əyninə geyindirərəm. Yanımdan kənarlaşdırıb, fəzlimdən uzaqlaşdıraram. Halbuki, qapıların açarı Mənim əlimdədir, onlar bağlıdırlar. Mənim qapım Məni çağıran kəsin üzünə açıqdır".
O kəs ki, çətinliyə düşər - bilməlidir ki, bu çətinliyin açarı ancaq Allahın əlindədir. Allahın izni olmadan bu çətilnik həll ola bilməz. Ona görə də insan başqasından ümidini kəsib, Allaha diqqət etməli və Ondan istəməlidir. Allah elə bir qüdrətə malikdir ki, mülkündən hər nə qədər əta etsə də, azalmaz.
Bir nəfər Peyğəmbərdən (s) xahiş edir ki, ona elə bir şey öyrətsin ki, Allah və insanlar ondan razı qalsınlar və onu sevsinlər. Həzrət (s) ona buyurur: "(Ancaq) o şey ki, Allahın yanındadır, ümid bəslə ki, Allah səni sevsin. O şey ki, insanların yanındadır, meylsiz və rəğbətsiz ol ki, insanlar da səni sevsinlər".
Ona görə də deyə bilərik ki, insanın başqa insandan ümidsiz olması - bəyənilən əməllərdəndir. Çünki insanın tək ümid yeri Allah olmalıdır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR